QIZIL NOHUR

GREEN HOUSE

ŞİRKƏT HAQQINDA

“Qızıl Nohur” MMC 2015-ci ilin yanvarından fəaliyyətə başlamış, yeni texnologiyalara əsaslanan istixana kompleksidir.

Hazırda müəssisənin istixanalarının ərazisi genişləndirilərək, 60.000 m2 çatdırılmışdır. Müəssisədə toplanmış məhsulları ən yüksək tələblərə cavab verən şəkildə saxlamaq və istifadə etmək üçün 270 m2-lik sahəsi olan anbar kompleksi də qurulmuşdur.” “Qızıl Nohur” MMC yüksək keyfiyyətli məhsul istehsal etməklə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına da böyük töhfə verməkdədir.

VİDEO VƏ FOTO TƏQDİMAT

SANİTARİYA VƏ GİGİYENA

Bundan əvvəlki dövrlərdə istifadə edilən istixanalardan fərqli olaraq, “Qızıl Nohur” MMC istixana kompleksinin innovativ texnologiyalar əsasında fəaliyyət göstərməsi işıq selinin 10 % artıq qəbul edilməsinə, mürəkkəb kompüterləşmə sistemi ilə istixanalarda mikroiqlimin tənzimlənməsinə, istixana qazlarından istifadə etməklə enerji sərfinə qənaət edilməsinə şərait yaradır. Bu və digər unikal yeniliklər məhsuldarlığın artırılması ilə yanaşı, həm də enerji və əmək xərclərinin azaldılmasında da mühüm əhəmiyyətə malikdir.Pomidor istehsalı prosesi toxum atmadan başlayaraq son mərhələyə – istehlakçıya çatdırılmaya qədər tam gigiyenik şəraitdə, avtomatlaşdırılmış şəkildə, təbii şərtlərə uyğun olaraq həyata keçirilir. Qeyd edək ki, “Qızıl Nohur” MMC istixana kompleksinin fəaliyyəti bu sahədə yeni təcrübənin tətbiqiylə yanaşı, Bakının ətrafyanı qəsəbələrinin sosial-iqtisadi rifahının yaxşılaşdırılmasına da öz müsbət təsirini göstərməkdədir. Belə ki, müəssisədə bu qəsəbələrin 40 nəfərdən çox sakini daimi işlə təmin olunmusdur. .