HALAL KƏSİM

ŞİRKƏT HAQQINDA

“Halal Nemət Min Bərəkət” əmtəə nişanı ilə tanınan “Səhliyalı” müəssisəsində yeni kəsim sexi fəaliyyətə başlayıb. Bundan sonra kolbasa və sosis istehsalında tələb olunan mal əti, elə müəssisənin daxilindəki sexdə kəsilib hazır məhsul halına gətiriləcək. “HALAL KƏSİM” İstehsalat sahəsi 2600 kv/m, mal qəbulu sahəsi 600 kv/m, ofislər 1100 kv/m-dən ibarətdir. Bütün sahələr gigiyena qaydalarına uyğun materiallarla təchiz olunub. Qida təhlükəsizliyi nəzərindən bütün normalara riayət olunur

VİDEO VƏ FOTO TƏQDİMAT

SANİTARİYA VƏ GİGİYENA

Burada heyvanlar islam qayda-qanunlarına uyğun olaraq əllə kəsilir. Kəsilən heyvanların dərisi soyularaq asılmış vəziyyətdə bir neçə saat saxlanılır. Bu müddətdə xüsusi mütəxəssislər tərəfindən ətdən analizlər götürülür və heyvanın sağlam olub-olmaması bir daha yoxlanılır. +8 dərəcədə ət soyudulduqdan sonra, -24 dərəcədə şoklama, yəni dondurulma-ehtiyyat anbarlarına yığılır. Daha sonra ətin sümükdan ayırılması, farş halına gətirilməsi, qablaşdırılması və bişirilməsi həyata keçirilir.Müəssisədə donuz əti və yağından qətiyyən istifadə edilmir:Burada yüksək keyfiyyətdə, gigiyenik şəraitdə və halal qaydalara uyğun heyvan kəsimləri həyata keçirilir. Şirkətin avadanlıqları isə Almaniyadan gətirilib. Bu kəsim yerində ən son texnologiya və standartlar müəyyənləşdirilib. Kəsim prosesində baytar həkim də iştirak edir. Heyvanlar baytar tərəfindən ilkin müayinədən keçəndən sonra kəsimə göndərilir. Kəsilmiş ətlər də növbəti müayinədən keçirilir. Bunun üçün heyvanın xüsusi hissələrindən nümunələr götürülüb, laboratoriyaya göndərilir. Laboratoriyadan keçən ətlər isə istehsalata buraxılır.