“Səhliyalı” şirkəti 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə növbəti dəfə xeyriyyə aksiyası keçirib.

Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, aksiya çərçivəsində onlarla ailəyə müəssisədə istehsal olunan və “Min Bərəkət, Halal Nemət” adı ilə bazara çıxarılan ət məhsulları, “Min Bərəkət, Dadlı Nemət” adı ilə istehsal edilən süd məhsulları ilə yanaşı, digər gündəlik istifadəyə üçün nəzərdə tutulan qida məhsullarını çatdırılıb. Belə ki, müəssisənin bir neçə şöbəsinin əməkdaşları bayram günlərində müxtəlif qruplar halında paytaxtdaxili, eləcə də Bakıətrafı kənd və qəsəbələri gəzərək aztəminatlı ailələrlə görüşüb, onlara xeyriyyə aksiyası çərçivəsində nəzərdə tutulmuş ərzaq məhsullarını çatdırıblar.

Qeyd edək ki, şirkət rəhbərliyi mütəmadi olaraq aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərilməsi ilə bağlı tapşırıqlar verir. Sonuncu belə kampaniya Qurban bayramı ərəfəsində həyata keçirilmişdi.

Əlavə edək ki, şirkət əməkdaşlarının ziyarət etdiyi insanlar diqqət və qayğıya görə müəssisə rəhbərliyinə təşəkkür ediblər.