Azərbaycanın ət və ət məhsulları bazarının şəriksiz lideri olan “Səhliyalı” kiçik müəssisəsi (KM) Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat vəsait köçürüb.

Bu barədə şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, məqsəd Koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən aparılan işlərə və Prezident İlham Əliyevin çağırışına qoşularaq bu xeyirxah işdə dövlətə və vətəndaşlara dəstək ifadə etməkdir.

Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılıb.