...
...

Skip to Content

About: ferid

Recent Posts by ferid

Səhliyalı şirkəti 200 ailəyə ərzaq payladı

Azərbaycan ət və ət məhsulları bazarında xüsusi yeri olan “Səhliyalı” şirkəti Abşeron Rayon İcra Hakimiyyəti və rayon könüllülərinin dəstəyi ilə 200 ailəyə ərzaq bağlaması paylayıb.

Müəssisənin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, daim müxtəlif yardım aksiyaları həyata keçirən şirkət bu dəfə “Halallıqla xidmətinizdəyik” devizi ilə müəssisə daxilində istehsal edilən kolbasa və sosislər, süd məhsulları, o cümlədən qarabaşaq, makaron, çay, qənd, şəkər tozu və s. gündəlik tələbat məhsullarının paylanmasını həyata keçirib.

Kampaniya çərçivəsində yaşı 65-dən yuxarı olan, o cümlədən tənha və ahıl insanlara, aztəminatlı ailələrə ərzaq bağlamaları paylanılıb.

Şirkətdən verilən açıqlamaya görə, məqsəd ölkəmizdə pandemiyanın yaratdığı təsirlərdən həssas təbəqələrin sosial müdafiəsinin gücləndirilməsidir:

“Bildiyimiz kimi, “Səhliyalı” müəssisəsi ət və ət məhsulları, eyni zamanda süd məhsulları istehsalçısıdır. Karantin günlərində də çalışanlarımızın əksər hissəsi ilə iş başındayıq. Həssas dövrü nəzərə alaraq əvvəlkindən daha məsuliyyətlə çalışır, məhsullarımızın satış nöqtələrinə vaxtında çatdırılması üçün bütün tədbirləri görürük”.

Qeyd edək ki, mövcud özünütəcrid tədbirlərini və bəzi vətəndaşların sağlamlıq vəziyyəti nəzərə alınaraq bütün bağlamaların birbaşa evlərə çatdırılması təmin olunub.

0 Daha ətraflı →

“Səhliyalı” KM Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat vəsait köçürüb

Azərbaycanın ət və ət məhsulları bazarının şəriksiz lideri olan “Səhliyalı” kiçik müəssisəsi (KM) Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat vəsait köçürüb.

Bu barədə şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, məqsəd Koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən aparılan işlərə və Prezident İlham Əliyevin çağırışına qoşularaq bu xeyirxah işdə dövlətə və vətəndaşlara dəstək ifadə etməkdir.

Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılıb.

0 Daha ətraflı →

“Səhliyalı” şirkəti xeyriyyə aksiyası keçirib

“Səhliyalı” şirkəti 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə növbəti dəfə xeyriyyə aksiyası keçirib.

Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, aksiya çərçivəsində onlarla ailəyə müəssisədə istehsal olunan və “Min Bərəkət, Halal Nemət” adı ilə bazara çıxarılan ət məhsulları, “Min Bərəkət, Dadlı Nemət” adı ilə istehsal edilən süd məhsulları ilə yanaşı, digər gündəlik istifadəyə üçün nəzərdə tutulan qida məhsullarını çatdırılıb. Belə ki, müəssisənin bir neçə şöbəsinin əməkdaşları bayram günlərində müxtəlif qruplar halında paytaxtdaxili, eləcə də Bakıətrafı kənd və qəsəbələri gəzərək aztəminatlı ailələrlə görüşüb, onlara xeyriyyə aksiyası çərçivəsində nəzərdə tutulmuş ərzaq məhsullarını çatdırıblar.

Qeyd edək ki, şirkət rəhbərliyi mütəmadi olaraq aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərilməsi ilə bağlı tapşırıqlar verir. Sonuncu belə kampaniya Qurban bayramı ərəfəsində həyata keçirilmişdi.

Əlavə edək ki, şirkət əməkdaşlarının ziyarət etdiyi insanlar diqqət və qayğıya görə müəssisə rəhbərliyinə təşəkkür ediblər.

1 Daha ətraflı →

“Səhliyalı” şirkətində qanvermə aksiyası keçirilib.

“Səhliyalı” müəssisəsində avqustun 6-da “Qan ver, həyat qurtar” devizi altında  qanvermə aksiyası həyata keçirilib.
Qurban bayramı ərəfəsində baş tutan aksiyada məqsəd hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım etmək olub.

Şirkət rəhbərliyinin təşəbbüsü ilə Mərkəzi Qan Bankının həkim heyəti tərəfindən həyata keçirilən aksiyada müəssisənin onlarla əməkdaşı donor qismində fəal iştirak edib.
Qeyd edək ki, “Səhliyalı” şirkətinin rəhbərliyi və kollektivi sağlam gələcək naminə belə sosial tədbirlərin həyata keçirilməsini vacib hesab edir. Hemofiliya və xəstələrinin qana olan ehtiyaclarını ödəmək üçün gələcəkdə də bu cür aksiyaların daha geniş və mütəmadi keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, “Talassemiya” dünyanın bir çox ölkəsində rast gəlinən irsi qan xəstəliyidir.
Ölkəmizdə 3500-ə yaxın talassemiyalı xəstə var və onlardan 1200-ü qan transfuziyasından asılı olanlardır.

2 Daha ətraflı →

“Səhliyalı” şirkəti xeyriyyə aksiyası keçirib

“Səhliyalı” müəssisəsi müqəddəs Ramazan ayı münasibəti ilə xeyriyyə aksiyası keçirib.

Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, aksiya çərçivəsində onlarla ailəyə müəssisədə istehsal olunan, “Min Bərəkət, Halal Nemət” adı altında satışa çıxarılan ət məhsulları, “Min Bərəkət, Dadlı Nemət” adı ilə istehsal edilən süd məhsulları ilə yanaşı, digər gündəlik istifadəyə üçün nəzərdə tutulan qida məhsullarını çatdırılıb.

Belə ki, müəssisənin bir neçə şöbəsinin əməkdaşları ötən gün müxtəlif qruplar halında paytaxtdaxili, eləcə də Bakıətrafı kəndləri gəzərək aztəminatlı ailələrlə görüşüb, onlara xeyriyyə aksiyası çərçivəsində nəzərdə tutulmuş ərzaq məhsullarını çatdırıblar.

“Şirkət rəhbərliyi, xüsusən Ramazan ayında mütəmadi olaraq iftar süfrələri təşkil edir, eyni zamanda aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərir. Ramazan ayının sonuna qədər daha bir aksiyamız olacaq və yenidən onlarla ailə ilə görüşəcəyik”, – deyə şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edək ki, şirkət əməkdaşlarının ziyarət etdiyi insanlar diqqət və qayğıya görə müəssisə rəhbərliyinə təşəkkür ediblər.

2 Daha ətraflı →

“Səhliyalı” bir Azərbaycan brendidir!

Qafqazın ən böyük kolbasa-sosis istehsalçısı olan «Səhliyalı» şirkəti fəaliyyətə 1996-cı ildə Azərbaycan bazarında iri ət təchizatçısı kimi başlayıb. Növbəti üç il ərzində isə şirkətin tərkibində bir neçə kolbasa növü istehsal edilən ilk ət məhsulları sexi yaradılıb. Hələ həmin dövrdə ilk növbədə kolbasa məmulatlarının keyfiyyətinə və fərqliliyinə diqqət yetirilirdi.

Ətraflı: Birincitv.az  

1 Daha ətraflı →

Səhliyalı şirkəti təmizlikçi qadınlara hədiyyələr paylayıb – VİDEO

Bu gün səhər saatlarında “Səhliyalı”müəssisəsinin əməkdaşları paytaxtın müxtəlif ərazilərində təmizlik işlərini həyata keçirən zəhmətkeş qadınlara hədiyyə paylayıb. Qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə süpürgəçi qadınları təbrik edən şirkət əməkdaşları onlara gül, şirkətin ət və süd məhsullarını təqdim ediblər. Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlkin Mustafayev qeyd edib ki, bu kimi xeyriyyə aksiyaları müəssisə tərəfindən müxtəlif bayramlarda həyata keçirilir: “Şəhərimizin təmizliyi ilə məşğul olan qadınlar bizim gördüyümüzdən çox daha fədakardırlar. Əksəriyyətimiz səhər işə gedərkən, küçələrimizin, yollarımızın artıq həmin qadınlar tərəfindən təmizləndiyini görürük. Səhər erkən saatlarda isti yatağını tərk edib, şəhərimizin abadlığı üçün çalışan qadınları unuda bilməzdik. Buna görə də həmin qadınlara hədiyyələr təqdim etmək bizimçün daha böyük fəxr idi. Ona görə də şirkət rəhbərliyi ilə qərara aldıq ki, hədiyyələrin paylanmasına məhz həmin xanımlardan başlayaq”. Şöbə müdiri onu da qeyd edib ki, hədiyyələr paylanan zaman çəkilişin aparılması cəmiyyət üzvləri arasında yardımlaşma duyğusunun daha da artırılması məqsədi daşıyır. “Şirkətimizin reklamları əksər KİV-lərdə mütəmadi olaraq gedir, burada hədəf reklam yox, digər şəxsləri, şirkətləri də bu tip aksiyalara dəvət etməkdən ibarətdir. Ümid edirik ki, digər şirkət rəhbərləri də əlamətdar günlərdə üzərimizdə hər zaman haqqı olan zəhmətkeş insanları mükafatlandıracaqlar. Biz də çəkdiyimiz bu çarxla hər kəsi buna təşviq edirik”.

3 Daha ətraflı →

“Səhliyalı” şirkətinin əməkdaşları “Ana harayı” abidəsini ziyarət edib

Fevralın 26-da Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar “Səhliyalı” şirkətinin əməkdaşları Xətai rayonu ərazisində faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.

Ziyarət zamanı şirkətin əməkdaşları şəhid olan həmvətənlərimizin xatirəsinə ucaldılan abidənin önünə əklil və gül dəstələri qoyub, onların ruhuna dualar oxuyub, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Xocalı şəhərində soyqırımı törədibər. Kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib.

2 Daha ətraflı →

Qafqazın ən böyük kolbasa şirkətində bir gün Olaylar.az

Əməkdaşlarımız “Səhliyalı” müəssisəsində kəsim prosesindən tutmuş, məhsulların hazırlanmasına, saxlanmasına qədər bütün prosesləri izlədilər; şəffaf və sağlam qida…

Ətraflı: http://olaylar.az/news/sosial/316366?fbclid=IwAR1CjBErkzu5HID5PgaHnw-_3ox9RL-kSTqP-v00DRXpOaEkJFgRbiu0bgc

2 Daha ətraflı →

Halallıqla keyfiyyətin birgə adı

“Səhliyalı” müəssisəsi bir ailə firmasıdır. Dörd qardaş ailə ənənəsini yaşatmaq üçün idarə etdikləri müəssisəyə babalarının adını veriblər. Məhsulların üzərində əks olunan “BS” loqotipinin açılışı isə belədir: Bəşir – ata, Səhliyalı – baba adıdır. “Səhliyalı” kiçik-müəssisəsində çalışan bütün heyət peşəkarlığı və öz iş təcrübəsi ilə seçilir. Kollektivin iş prinsipi – məsuliyyət, inam qazanmaq, düzgünlük, keyfiyyətli məhsul istehsal etməkdir.

Ətraflı: http://azteletv.az/gundem/820-halal-nemet-min-bereket-halalliqla-keyfiyyetin-birge-adi.html

1 Daha ətraflı →

 

Recent Comments by ferid

    No comments by ferid

canadian pharcharmy online
izmir escort alsancak escort